Tramp: İran və İsrail “əbədi” atəşkəsə razılaşıb

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff İran və İsrail arasında müharibənin başa çatdığını bildirib. Onun sözlərini The New York Post sitat gətirib.
“Heç kim bir-birinə atəş açmır. Hər şey bitdi,” – Uitkoff qeyd edib.
Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri bildirirlər ki, hər iki tərəf atəşkəsin pozulması ilə bağlı bəyanatlar versə də, əldə olunan atəşkəs əsasən qüvvədə qalır.
Daha əvvəl adları açıqlanmayan amerikalı rəsmilər İsrail Müdafiə Qüvvələrinin (IDF) bəzi vacib silah və sursat çatışmazlığı ilə üzləşdiyini bildirmişdi.
24 iyuna keçən gecə sabiq ABŞ prezidenti Donald Tramp İran və İsrailin atəşkəs barədə razılığa gəldiyini bəyan edib. Onun sözlərinə görə, 24 saat ərzində dünya “12 günlük müharibənin rəsmi sonunu” qeyd edəcək. Tramp həmçinin atəşkəsin “əbədi” olacağını iddia edib.
Gülnar