Dünyanın ən quraq səhrasına qar yağıb

Dünyanın ən quraq bölgəsi hesab olunan Aтакама səhrasına qar yağıb.Bu barədə həmin ərazidə yerləşən ALMA rəsədxanasının "X" hesabında paylaşım edilib.
"Ən quraq səhrada - Atakama səhrasında qar yağıb", – deyə paylaşımda bildirilir.
Qeyd olunub ki, bu cür intensiv qar yağıntısı bölgədə sonuncu dəfə 10 il əvvəl müşahidə olunub.
Atakama səhrası Çilinin şimalında, yüksək dağlıq ərazidə yerləşir. Səhrada yağıntının son dərəcə az olması onu astronomik müşahidələr və rəsədxanaların qurulması üçün ideal məkana çevirib.