• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

İran rəsmiləri ABŞ-ın nüvə obyektlərinə zərbələrini gözləniləndən zəif adlandırıb

İran rəsmiləri ABŞ-ın nüvə obyektlərinə zərbələrini gözləniləndən zəif adlandırıb
30.06.2025 08:54

The Washington Post qəzetinin ABŞ kəşfiyyat mənbələrinə istinadən yazdığına görə, İran rəsmiləri son ABŞ zərbələrinin ölkənin nüvə infrastrukturuna gözlənildiyindən daha az ziyan vurduğunu bildiriblər.

Məlumata görə, telefon danışıqları zamanı iranlı rəsmilər prezident Donald Trampın əmri ilə həyata keçirilmiş hücumların niyə bu qədər məhdud effektlə nəticələndiyini müzakirə ediblər.

Ağ Evin mətbuat katibi Karolayn Livitt bu məlumatı “kontekstdən çıxarılmış sızma” adlandırıb.

“Adsız İran rəsmilərinin dağıntıların altındakı vəziyyəti bildiyini düşünmək absurddur. Onların nüvə proqramı məhv edilib,” –  o qeyd edib.

CNN-in daha əvvəl yaydığı məlumata əsasən, ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsi zərbələrin İranın əsas nüvə komponentlərini məhv etmədiyini, yalnız nüvə bombası hazırlığını bir neçə ay ləngitdiyini göstərib.

Pentaqon bu nəticələrin “aşağı etimadla” verildiyini bildirib.

25 iyunda Tramp və müdafiə naziri Pit Hegseth bəyan ediblər ki, Fordo, Natanz və İsfahan obyektləri “praktiki olaraq xəritədən silinib”.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib
Dünya 10:18
Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib
İzmir hava limanı meşə yanğınlarına görə müvəqqəti bağlanıb
Dünya 08:56
İzmir hava limanı meşə yanğınlarına görə müvəqqəti bağlanıb
İran rəsmiləri ABŞ-ın nüvə obyektlərinə zərbələrini gözləniləndən zəif adlandırıb
Dünya 08:54
İran rəsmiləri ABŞ-ın nüvə obyektlərinə zərbələrini gözləniləndən zəif adlandırıb
Tbilisidə etiraz aksiyaları keçirilir
Dünya 08:48
Tbilisidə etiraz aksiyaları keçirilir
Pakistanda musson yağışları nəticəsində 45 nəfər ölüb
Dünya 23:49
Pakistanda musson yağışları nəticəsində 45 nəfər ölüb
Tramp İrana qarşı sanksiyaları ləğv edə bilər
Dünya 21:00
Tramp İrana qarşı sanksiyaları ləğv edə bilər
İranda Neft Emalı Zavodunda partlayış olub
Dünya 19:02
İranda Neft Emalı Zavodunda partlayış olub
Böyük Britaniyanın xarici işlər naziri sabah Türkiyəyə səfər edəcək
Dünya 18:48
Böyük Britaniyanın xarici işlər naziri sabah Türkiyəyə səfər edəcək
İsrailin Tehranın “Evin” həbsxanasına endirdiyi zərbə nəticəsində 71 nəfər ölüb
Dünya 11:27
İsrailin Tehranın “Evin” həbsxanasına endirdiyi zərbə nəticəsində 71 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol