• $
  • €
  • ₽
  • ₺
  • £

Kim Çen In Rusiya tərəfində döyüşlərdə həlak olan əsgərlərinin xatirəsini anıb

Kim Çen In Rusiya tərəfində döyüşlərdə həlak olan əsgərlərinin xatirəsini anıb
01.07.2025 15:17

İyulun 1-də Şimali Koreya lideri Kim Çen In Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfində döyüşən və həlak olan şimali koreyalı əsgərlərin xatirəsini anıb.

Dövlət televiziyasının yayımladığı kadrlarda Kim Çen In Pxenyanda keçirilən mərasimdə Şimali Koreya bayrağını həlak olan əsgərlərdən birinin tabutuna yerləşdirərkən göz yaşlarını saxlaya bilməyib. Mərasimdə onu Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova müşayiət edib.

Mərasim 29 iyunda – Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlıq haqqında müqavilənin ildönümündə keçirilib. Müqaviləyə qarşılıqlı müdafiə yardımını nəzərdə tutan müddəa da daxildir.

Aprel ayında Pxenyan Rusiya ərazisinə hərbi personal və silah göndərdiyini təsdiqləyib. Cənubi Koreya Müdafiə Nazirliyinə görə, Kursk vilayətində döyüşlərdə 600-ə yaxın Şimali Koreya əsgəri həlak olub, minlərlə əsgər yaralanıb.

Seulun məlumatına əsasən, hazırda Şimali Koreya qüvvələrinin əlavə səfərbərliyinə dair əlamət yoxdur.

N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol