Qəzzadan atılan raket İsrailin cənubuna düşüb, xəsarət alan olmayıb

İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatına görə, Qəzza zolağının cənub hissəsindən buraxılmış raket İsrailin cənubundakı Nirim yaşayış məntəqəsi yaxınlığında yerə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
“Qəzzanın cənubundan İsrail ərazisinə raket atışı qeydə alınıb. Raket Nirim bölgəsində yerə düşüb”, – IDF-in mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
“Xəsarət alanlar barədə məlumat yoxdur”, – əlavə edilib.
Hazırda raketin buraxıldığı nöqtə və mümkün cavab tədbirləri ilə bağlı araşdırma aparılır. İsrailin hava hücumundan xəbərdarlıq sirenləri hadisə zamanı işə düşüb.
N.Təbrizli