ABŞ-dakı irqçilikdən qaçan amerikalı qadın Moskvada döyülüb

ABŞ-dakı irqçilik və polis zorakılığından qaçaraq Rusiyaya köçən afroamerikalı Fransin Villa Moskvada hücuma məruz qalıb.
Villa bildirib ki, qonşusu dəfələrlə onu dərisinin rənginə görə təhqir edib və sonra döyüb. Onun sözlərinə görə, o, polisə dəfələrlə müraciət etsə də, heç bir tədbir görülməyib. Hazırda Villa xəstəxanadadır.
Rusiya dövlət mediası daha əvvəl onun barəsində süjetlər yayaraq, qadının Rusiyada özünü təhlükəsizlikdə və azad hiss etdiyini vurğulamışdı.
N.Təbrizli