İstanbulda FETÖ əməliyyatında 26 nəfər saxlanılıb

Türkiyədə İstanbul Polis İdarəsi tərəfindən FETÖ-nün hazırkı maliyyə strukturunu hədəf alan 9 vilayətdə keçirilən əməliyyatlarda 26 nəfər saxlanılıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Ümumilikdə mərkəzi İzmir olan 60 vilayətdə əməliyyat aparılıb, 371 şübhəli haqqında həbs qərarı verilib.
Daha əvvəl Türkiyənin 42 vilayətində FETÖ-yə qarşı əməliyyatda 169 şübhəli tutulub.
Saxlanılan şəxslərin terror təşkilatına maliyyə dəstəyi göstərdikləri bildirilib.
Aytac
Son xəbərlər
Daha çox 