Rusiyada VPN istifadəçiləri cərimə olunacaq

Rusiya Dövlət Dumasının müvafiq komitəsi internetdə ekstremist materialların bilərəkdən axtarışı və onlara VPN xidmətləri vasitəsilə çıxışa görə 5000 rubladək (təxminən 109 manat) cərimə nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Təklif edilən dəyişiklik Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinə 13.53-cü maddənin əlavə olunmasını nəzərdə tutur.
Maddəyə əsasən, qadağan olunan məlumat ehtiyatlarına və telekommunikasiya şəbəkələrinə daxil olmaq üçün texniki vasitələrdən istifadə də cəzalandırılacaq.
Qanun layihəsi hazırda Dumanın plenar iclasına təqdim olunma mərhələsindədir.
N.Təbrizli