Qərbdən İrana son xəbərdarlıq

ABŞ, Fransa, Almaniya və Birləşmiş Krallıq İranla yeni nüvə sazişinə nail olmaq üçün son tarix kimi avqustun sonunu müəyyən edib.
Əgər bu müddətədək razılıq əldə olunmasa, 2015-ci ildə ləğv edilən sanksiyalar bərpa olunacaq. Bu barədə Axios saytı mənbələrə istinadla xəbər verib.
Məlumata görə, ABŞ dövlət katibi Marko Rubio və Avropanın üç ölkəsinin xarici işlər nazirləri bu qərara bazar ertəsi telefon danışığı zamanı gəliblər.
Əgər Tərlanla razılaşma əldə olunmasa, London, Paris və Berlin BMT Təhlükəsizlik Şurasının 2015-ci il sazişi çərçivəsində ləğv etdiyi bütün sanksiyaların bərpası mexanizmini işə salmağı planlaşdırırlar.
N.Təbrizli