• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Avropa Rusiya qazından bir il tez imtina edə bilər

Avropa Rusiya qazından bir il tez imtina edə bilər
25.07.2025 22:27

Avropa Parlamenti Avropa İttifaqının Rusiya qazından nəzərdə tutulandan bir il tez, yəni 2027-ci ilin yanvarından imtina etməsi ilə bağlı təklifləri nəzərdən keçirir.

"Report"un xəbərinə görə, bu barədə "Reuters" Avropa Komissiyasının təklifinə qanunvericilərin düzəlişlərini ehtiva edən sənədlərə istinadən xəbər verir.

Keçən ay Avropa Komissiyası parlamentə 2028-ci il yanvarın 1-dək Rusiya qazının bütün idxalını mərhələli şəkildə dayandırmaq təklifini təqdim edib. Bu təklif mərhələli şəkildə qazın çıxarılmasını sürətləndirmək üçün əlavə təşəbbüsün formalaşdırılması üçün hüquqi əsas təşkil edəcək. Yeni təklifə əsasən, Avropa İttifaqı 2026-cı ilin yanvarında yeni və qısamüddətli müqavilələri mərhələli şəkildə ləğv etməyə başlayacaq.

Avropalı diplomatlar deyir ki, hökumətlərin qadağanın bir il irəli çəkilməsini dəstəkləməsi çətindir. Bununla belə, qanunvericilər bu tələbdən digər dəyişikliklər üçün "rıçaq" kimi istifadə edə bilərlər. Məsələn, təşəbbüs müəllifləri qadağanı pozan şirkətlər üçün cərimələrin tətbiq edilməsini, o cümlədən onların enerji ticarəti lisenziyalarının ləğv edilməsini təklif edirlər

Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanda çoxmillətli “Agile Spirit” hərbi təlimi başlayıb
Dünya 10:04
Gürcüstanda çoxmillətli “Agile Spirit” hərbi təlimi başlayıb
Avropa Rusiya qazından bir il tez imtina edə bilər
Dünya 22:27
Avropa Rusiya qazından bir il tez imtina edə bilər
ABŞ-ın yardım paketindən sonra ilk Patriot sistemi Ukraynaya çatdırılıb — The Telegraph
Dünya 14:40
ABŞ-ın yardım paketindən sonra ilk Patriot sistemi Ukraynaya çatdırılıb — The Telegraph
Kreml: Putin və Zelenski arasında görüş yaxın vaxtlarda baş tutmaya bilər
Dünya 14:35
Kreml: Putin və Zelenski arasında görüş yaxın vaxtlarda baş tutmaya bilər
Əkrəm İmamoğlu həbsxanadan xəstəxanaya aparılıb
Dünya 14:29
Əkrəm İmamoğlu həbsxanadan xəstəxanaya aparılıb
Ermənistanda rus hərbçisinin meyiti tapılıb
Dünya 07:33
Ermənistanda rus hərbçisinin meyiti tapılıb
Erməni sərhədçi intihar edib
Dünya 07:30
Erməni sərhədçi intihar edib
“Starlink”dəki nasazlığa proqram təminatı səbəb olub
Dünya 07:28
“Starlink”dəki nasazlığa proqram təminatı səbəb olub
Rusiyanın bir neçə bölgəsində dron təhlükəsi elan edilib
Dünya 07:17
Rusiyanın bir neçə bölgəsində dron təhlükəsi elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol