Kreml Putin və Baydenin Çində görüşünü istisna etmir

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden arasında Çində mümkün görüş ehtimalı istisna edilmir. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Putin Çinə səfər edəcəyini bildirib. Əgər ABŞ Prezidenti də həmin vaxt orada olsa və liderlər razılığa gəlsələr, belə bir görüş nəzəri cəhətdən istisna edilə bilməz,” – Peskov qeyd edib.
O əlavə edib ki, hazırda belə bir görüşlə bağlı konkret hazırlıq və ya razılaşma yoxdur.
Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ehtimal olunan görüşə də toxunaraq bildirib ki, Putinin gündəliyində hələlik belə bir təmas planlaşdırılmayıb.
Lakin lazım gəldikdə yüksək səviyyəli danışıqların qısa müddət ərzində razılaşdırılması mümkündür.
Gülnar
Son xəbərlər
