Xamenei ərzaq ehtiyatlarını artırmağı tələb edib

İranın ali lideri ayətullah Əli Xamenei prezident Məsud Pezeşkiyan və hökumət üzvləri ilə görüşdə ölkənin idxalla bağlı yarana biləcək problemlərə hazır olması üçün strateji ərzaq ehtiyatlarını qartırmağa çağırıb. Bu barədə İran mediası xəbər verib.
Xamenei qeyd edib ki, ehtiyatların səviyyəsi ərzaq təhlükəsizliyi üçün “zəruri minimumu” təmin etməlidir.
O xəbərdarlıq edib ki, “müxtəlif risklər mümkündür” və indi idxal edilə bilən məhsulu “başqa vaxt gətirmək mümkün olmaya bilər”.
Onun açıqlaması İsraillə gərginliyin artması və BMT-nin sanksiyaların bərpasını nəzərdə tutan snapback mexanizminin yenidən gündəmə gətirilməsi fonunda səslənib.
N.Təbrizli
Son xəbərlər
Daha çox 