Papa XIV Leo Türkiyəyə səfər edəcək

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo noyabrın 27-dən 30-dək Türkiyədə səfərdə olacaq.Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Roma Papası Bursa vilayətinin İznik rayonunda Birinci Nikeya Kilsə Məclisinin 1700 illiyi münasibətilə keçiriləcək mərasimdə iştirak edəcək. Bu, Papa XIV Leonun xaricə ilk apostol səfəri olacaq.
Səfər çərçivəsində Papa Leo Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək və Fənər-Rum Pravoslav Kilsəsini ziyarət edəcək. Ziyarətin əsas məqsədləri sülh və qardaşlıq mesajlarının verilməsi, həmçinin dinlərarası dialoqun gücləndirilməsidir.