Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləməyə hazırlaşır

Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsinin liderləri uzun danışıqlardan sonra Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləməyə yaxındır. Danışıqlar zamanı Slovakiya, Macarıstan və Avstriya məhdudiyyətlərin sərtləşdirilməsinə etiraz edib.
Yeni sanksiyalar 2025-ci il oktyabrın 23-dən qüvvəyə minəcək. Agentliklərin məlumatına görə, tədbirlər paketinə 2027-ci ilə qədər Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına qadağa, “kölgə donanması” adlandırılan tankerlərin qara siyahıya salınması və rusiyalı diplomatların Avropaya səfərlərinə məhdudiyyətlər daxildir.
Sanksiyalarla bağlı qərar, ABŞ-ın bir gün əvvəl “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı yeni maliyyə məhdudiyyətləri elan etməsindən sonra verilib.
Aİ indiyədək Rusiyaya qarşı demək olar ki, bütün əsas iqtisadi sahələri əhatə edən sanksiyalar tətbiq edib. Son paketlər enerji sektorundakı istisnaları aradan qaldırmağa yönəlib.
Gülnar