ATƏT PA-nın xüsusi nümayəndəsi Ermənistana səfər edəcək
ATƏT Parlament Assambleyasının (ATƏT PA) sədr müavini, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Luiş Qrassın başçılıq etdiyi nümayəndə heyəti noyabrın 22-26-da Ermənistana səfər edəcək.Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Nümayəndə heyətini Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan qəbul edəcək.