Ukrayna və Avropa ölkələri sülhməramlı qüvvələrin yerləşdirilməsi haqqında bəyannamə imzalayıb
Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna ərazisinə beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə bağlı niyyət bəyannaməsi imzalayıblar.
Sənəd tərəflər arasında keçirilən üçtərəfli görüş zamanı imzalanıb.
Bəyannaməyə əsasən, beynəlxalq qüvvələrin Ukraynada yerləşdirilməsi təhlükəsizliyin təmin edilməsi və strateji sabitliyin qorunması məqsədi daşıyır. Qüvvələrin tərkibi və yerləşdirilmə müddəti barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb.