Oktay Kaynarca narkotik şübhəsi ilə saxlanılıb
İstanbul Baş Prokurorluğu məşhurlara qarşı başladılan narkotik üzrə əməliyyatlarını genişləndirərək altı şəxsi daha saxlayıb. Aralarında aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da var.
Prokurorluğun açıqlamasına görə, saxlanılanlar “narkotik maddələrin istifadəsi üçün saxlamaq”, “narkotik istifadəsini asanlaşdırmaq” və “qumar oynanması üçün imkan yaratmaq” ittihamları ilə bağlı istintaqa cəlb olunublar. Yeni əməliyyatla birlikdə əvvəlki mərhələdə 27 nəfər saxlanılmışdı.
İstanbul məhkəməsi 19 şübhəliyə saxlama qərarı verib. Bunlar arasında Bebek Hotel sahibi Muzaffer Yıldırım, menecer Arif Altınbulak, sosial media fenomeni Burak Altındağ və Ciciş qardaşlarından Ceyda Ersoy var. Dörd nəfər isə sərbəst buraxılıb, üç nəfər ev həbsinə göndərilmək üçün prokurorluğa təqdim olunub.
İstanbul Baş Prokurorluğu ölkədə məşhurların narkotik istifadəsi bağlı əməliyyatların davam edəcəyini bildirib.
Aytac
Son xəbərlər
Daha çox