Kreml Telegram kanalının idarəsində problem görmür - Peskov
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Kremlin rəsmi Telegram kanalının aparılmasında çətinlik yaşanmır.
Jurnalistin Telegram-ın ləngidilməsinin kanalı idarə etməyə mane olub-olmadığı barədə sualına Peskov “çətinlik yoxdur” deyə cavab verib.
Mətbuat xidmətində proksi və ya VPN-dən istifadə olunub-olunmadığı sualına isə o, gülümsəyərək, prezidentin gündəliyinin xaricdə yaşayan həmvətənlərə və bu gündəliklə maraqlanan əcnəbilərə çatdırılmasının Kremlin marağında olduğunu deyib.
N.Təbrizli
Son xəbərlər
Daha çox