• $
  • £

Xameneinin oğlu Ali Lider seçildi - Yenilənib

Xameneinin oğlu Ali Lider seçildi - Yenilənib
08.03.2026 22:34

İranın Ekspertlər Şurası ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneini ölkənin yeni Ali Lideri seçib. Bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, 56 yaşlı Müctəba Xamenei Ekspertlər Şurasının qərarı ilə İranın üçüncü Ali Lideri olub və səsvermədə yekdilliklə seçilib.

Ali Lider postu uğrunda digər mümkün namizədlər arasında Ekspertlər Məclisinin sədr müavini vəzifəsini icra edən Əlirez Ərafi, ruhani Məhəmməd Mehdi Mirbağeri və İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni də göstərilirdi.

Müctəba Xameneinin namizədliyi bəzi ruhanilər tərəfindən mübahisəli hesab edilsə də, Ekspertlər Şurasının qərarı ilə o, vəzifəyə seçilib. Bildirilir ki, o, atasından fərqli olaraq müctəhid statusuna və ayətullah tituluna malik deyil, bu isə İran konstitusiyası baxımından namizədliyini mübahisəli edən amillərdən biridir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu artıq yeni Ali Liderə sədaqət andı içib. İranın xarici işlər naziri Abbas Əraqçi də Müctəba Xameneini təbrik edərək diplomatik korpus adından ona dəstək ifadə edib.

ABŞ prezidenti Donald Tramp əvvəllər Müctəba Xameneinin namizədliyini qəbuledilməz adlandırsa da, onun seçilməsindən sonra məsələ ilə bağlı şərh verməkdən imtina edib və “Görəcəyik nə olacaq” deməklə kifayətlənib.

ABŞ senatoru Lindsi Qraham isə yeni liderin Vaşinqton üçün qəbuledilməz olduğunu bildirərək onun “atası ilə eyni aqibəti yaşaya biləcəyini” deyib.

X. Əliyeva 

Oxşar xəbərlər
Oxşar xəbərlər
BƏƏ İranın Türkiyəyə ballistik raket zərbəsi cəhdini pisləyib
Dünya 20:17
BƏƏ İranın Türkiyəyə ballistik raket zərbəsi cəhdini pisləyib
ABŞ Adana Konsulluğundakı əməkdaşlarını təxliyə edir
Dünya 16:18
ABŞ Adana Konsulluğundakı əməkdaşlarını təxliyə edir
İrandan Türkiyəyə raket atıldı
Dünya 16:05
İrandan Türkiyəyə raket atıldı
İranın yeni Ali Lideri xalqa müraciət edib - Video
Dünya 16:00
İranın yeni Ali Lideri xalqa müraciət edib - Video
Türkiyənin Sakarya bölgəsində PUA tapılıb
Dünya 15:38
Türkiyənin Sakarya bölgəsində PUA tapılıb
Putin Müctəba Xameneini İranın Ali Lideri seçilməsi münasibətilə təbrik edib
Dünya 14:46
Putin Müctəba Xameneini İranın Ali Lideri seçilməsi münasibətilə təbrik edib
Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib
Dünya 14:35
Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib
İran XİN: İran Azərbaycan və Türkiyə ərazisinə zərbə endirməyib
Siyasət 13:46
İran XİN: İran Azərbaycan və Türkiyə ərazisinə zərbə endirməyib
ABŞ nümayəndələrinin İsrailə planlaşdırılan səfəri ləğv edilib
Dünya 13:16
ABŞ nümayəndələrinin İsrailə planlaşdırılan səfəri ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol