Putin Müctəba Xameneini İranın Ali Lideri seçilməsi münasibətilə təbrik edib
Rusiya Prezidenti Vladimir Putin Müctəba Xameneini İranın Ali Lideri seçilməsi münasibətilə təbrik edib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Putin İranın hazırda silahlı təcavüzlə üzləşdiyini qeyd edərək yeni liderin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
“İndi İran silahlı təcavüzlə üzləşdiyi bir vaxtda, sizin bu yüksək vəzifədə fəaliyyətiniz şübhəsiz ki, böyük cəsarət və fədakarlıq tələb edəcək”, – mesajda qeyd olunub.
Putin həmçinin Rusiyanın İrana dəstəyini bir daha ifadə edib.
“Öz tərəfimdən Tehrana sarsılmaz dəstəyimizi və iranlı dostlarımızla həmrəyliyimizi bir daha təsdiqləmək istəyirəm. Rusiya İslam Respublikasının etibarlı tərəfdaşı olub və olacaq”, – Kremlin açıqlamasında bildirilib.