Trampın iştirak etdiyi tədbirdə atışma baş verib - Yenilənib -Video
ABŞ Prezidenti Donald Trump Ağ Ev Müxbirləri Assosiasiyasının Washington Hilton hotelində keçirilən qəbul zamanı baş verən atışmada şübhəli bilinən şəxsin foto və videolarını “Truth Social” platformasında paylaşıb.
Tramp hadisə anını əks etdirən müşahidə kamerası görüntülərini də paylaşıb. Videoda silahlı şəxsin təhlükəsizlik məntəqəsindən keçməyə çalışdığı, bundan sonra təhlükəsizlik əməkdaşlarının ona atəş açdığı əks olunur.
“New York Post”un jurnalisti Kerol Markoviç bildirib ki, şübhəli şəxs Kaliforniya ştatının Torrans şəhərindən olan 31 yaşlı Koul Tomas Allendir. Məlumata görə, o, saxlanılıb.
***
Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışma ilə bağlı bir nəfər saxlanılıb.Bu barədə ABŞ Məxfi Xidmətinin sözçüsü Entoni Qulyelmi "X" sosial şəbəkəsində yazıb.
***
ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma baş verib.Bu barədə “Reuters” məlumat yayıb.
Hadisə zamanı zalda əvvəlcə partlayış səsləri eşidilib, daha sonra isə iştirakçılar arasında təşviş yaranıb.
Tədbirdə Prezident Trampla yanaşı, birinci xanım Melania Tramp, vitse-prezident JD Vens və Ağ Evin mətbuat katibi Kerolayn Livitt iştirak ediblər.
Tramp sosial şəbəkə hesabında bildirib ki, insident nəticəsində ABŞ administrasiyasının nümayəndələri arasında xəsarət alan olmayıb.
“Hazırda hər kəsin vəziyyəti yaxşıdır”, - o qeyd edib.