• $
  • €
  • ₽
  • ₺
  • £

Amerikalı alimlərdən qeyri - adi təklif

Amerikalı alimlərdən qeyri - adi təklif
27.11.2014 23:32

Amerikalı alimlər yolların buz bağlamasına qarşı mübarizə aparmaq üçün arpadan alınan araqdan istifadə etməyi təklif ediblər. 

ANN.Az Trend-ə istinadən xəbər verir ki, Vaşinqton ştatındakı universitetin alimlərinin innovasiyası haqqında “Time” qəzeti xəbər verir. Mütəxəssislərin araşdırmaları göstərib ki, arpa sırsıraya qarşı mübarizədə duzu tamamilə əvəz edə bilər. Bundan başqa, alimlər çuğundur və pomidor şirələrinin qarışığından da istifadə etməyi təklif edirlər.

Alimlərin fikrincə, sırsıra ilə mübarizədə duzdan istifadə vəziyyəti daha da pisləşdirir. Bu, ekologiya və nəqliyyat vasitələri üçün də təhlükəsiz deyil.

Universitetin dosenti Syamin Şi bildirir ki, 2013-cü ildə şərq sahilyanı ərazilərdə yeraltı sularda natrium və xloridin səviyyəsi qorxulu səviyyədə artıb.

Qeyd edək ki, hər il qış aylarında ABŞ hökuməti şoselərin səthindən qarın və buzun təmizlənməsi üçün təqribən 2,3 milyard dollar, əlaqədar proseslərə isə 5 milyard dollara qədər vəsait xərcləyir. Sonuncu vəsaitə, o cümlədən, üzərinə duz töküldükdən sonra sıradan çıxan yol örtüyünün bərpası işləri də daxildir.

S.Şi deyib: "Bizim son hədəfimiz lazımi yerdə və lazımi vaxtda duz, qum və buzlanmaya qarşı digər vasitələrin lazımi miqdarından istifadə etməkdir. Belə ki, ölkənin şimal ştatlarında qıtlıq səbəbindən yol duzunun qiyməti 30 faizədək artıb".

Alim öz tədqiqatlarını ABŞ Nəqliyyat Nazirliyinin, Vaşinqton Dövlət Universitetinin, Alyaska Universitetinin və Montana Dövlət Universitetinin dəstəyi ilə həyata keçirir.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol