• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna mətbuatı: Azərbaycan müharibəyə hazırlaşır - İddia

Ukrayna mətbuatı: Azərbaycan müharibəyə hazırlaşır - İddia
28.11.2014 16:13
Ölkədə büdcənin təsdiqindən sonra Azərbaycan tərəfinin orduya xərclənən pullarını əsas götürən ukraynanın Trust.ua portalı bunu müharibəyə hazırlıq kimi qiymətləndirir.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, məqalədə qeyd edilir ki, İlham Əliyevin tapşırığına əsasən Azərbaycan ordusuna gələn il 5 milyard dollar xərclənəcək. 2015-ci ildə ölkənin hərbi xərcləri 3783 milyon manat olacağı gözlənilir. Bu 2014-cü ilin göstəriciləri ilə müqayisədə 27,2 faiz çoxdur. Əldə olunan rəqəm maliyyə naziri Samir Şərifovun dediyinə görə elə 5 milyard səviyyəsindədir ki, bu da növbəti rekord göstəricidir. Üstəlik bu məbləğ Ermənistanın ümumi büdcəsindən 2 milyard dollar çox olacaq.Nəşr qeyd edir ki, Azərbaycan regionda hərbi idxalı 150 faizdən yuxarı çoxaldan yeganə ölkədir. 85 faiz silahını isə Azərbaycan Rusiyadan alır, təkcə 2013-cü il üçün Azərbaycan Rusiyadan 3,5 milyard dollarlıq silah alıb.2013-cü ildən etibarən Rusiya ilə quru qoşunları hərbi texnikası üzrə müqavilələr silsiləsi isə təəccübləndirməyə bilmir. Buraya 94 ədəd T-90C tankları, 100 ədəd Pyadalar üçün hərbi vasitələr BMP-3, 18 ədəd özüyeriyən “Msta-C” artileriya qurğuları, 18 “Smerç” reaktiv atəş sistemləri, 18 ədəd özüyeriyən “Vena” artileriya qurğuları o cümlədən 6 ədəd “Buratino” yeni modifikasiya sistemli TOS-1A “Solnsepek” ağır odsaçan artileriya sistem alayı daxildir. Nəşrin qeyd etdiyinə görə, 2015-ci il üçün Azərbaycan Ermənistanın hərbi xərclərindən 10 dəfə çox orduya pul ayıraraq səbr kasasının dolduğu mesajını verməyə çalışır.ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol