Xalid Kazımlı Bakı Şəhər Prokurorluğuna çağırıldı

14:35 | 19.02.2014
Xalid Kazımlı Bakı Şəhər Prokurorluğuna çağırıldı

Xalid Kazımlı Bakı Şəhər Prokurorluğuna çağırıldı

“Yeni Müsavat” qəzetinin internet saytının redaktoru Xalid Kazımlı Bakı Şəhər Prokurorluğuna çağırılıb. Bu barədə APA-ya məlumat verən X. Kazımlı qeyd edib ki, bu gün Bakı Şəhər Prokurorluğuna dəvət olunub və şəhər  prokurorunun müavini Fazil Həsənəliyevlə görüşüb. F. Həsənəliyev X. Kazımlıya bildirib ki, redaktoru olduğu   “musavat.com” saytında "Günün fotosu: harın oğulun qəzası" başlıqlı yazıda prokurorluq orqanlarının nüfuzuna xələl gətirən ifadələr yer alıb. Jurnalistə bu xəbərin həqiqəti əks etdirmədiyi deyilib və təkzib verilməsi tələb olunub.  Xatırladaq ki, “musavat.com” saytındakı məlum informasiyada qəzaya uğrayan “Mercedes-Gellenvagen” markalı avtomobilin fotosu yer alıb və həmin avtomobilin prokuror övladına məxsus olduğu bildirilib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM