Xalq şairi ANS TV-ni müdafiə etdi - "Ola bilməz"

15:28 | 07.10.2015
Xalq şairi ANS TV-ni müdafiə etdi -

Xalq şairi ANS TV-ni müdafiə etdi - "Ola bilməz"

Xalq şairi, Prezident Təqaüdçüsü İlyas Tapdıq ANS TV-nin efirində yayımlanan bəzi verilişlərin Milli Televiziya və Radio Şurası tərəfindən bağlanması ilə bağlı münasibət bildirib.

"Dünən axşam internet saytları elə bil bir-birilə yarışa giriblərmiş kimi "ANS” Televiziyasının cərimə olunması, həmçinin "Salam Azərbaycan” kanalının 10 günlük yayımının məcburi şəkildə dayandırılması haqqında qərarı yaymağa başladı. Eyni vəziyyəti bir neçə gün öncə elə ANS TV-nin efirində yayımlanan "Sən tək deyilsən”, "Axtarıram səni” proqramlarının da bağlanması ərəfəsində müşahidə etmişdik. Sözün düzü "Salam Azərbaycan” proqramının qapadılmasında əsas meyar kimi tutulan əxlaqi normaların pozulması, şərəf və ləyaqətin təhqir edilməsi səbəbini anlamadım. ANS bunu edə bilməz axı... Mən ANS-i tanıyıram. Bu həmin telekanaldır ki, Azərbaycan televiziya məkanına 25 il bundan əvvəl yeni nəfəs gətirdi”-deyən xalq şairi əlavə edib ki, İnsanlar 90-cı illərin ən mürəkkəb mənzərəsinə ANS-in obyektiv kamerasından baxıb qiymət verirdilər.

"ANS cəbhənin ən qaynar xəbərlərini kağız üzərində deyil, canlı olaraq nümayiş etdirirdi. Həmişə vətənpərvər, maarifçilik xətti ilə seçilən bir televiziya haqqında bu cür ifadələrin işlənməsini heç cür ağlıma sığışdıra bilmirəm. ANS-in efirində yayımlanan maarifpərvər verilişlər təqdirə layiq və bənzərsizdir.

Vətənpərvərlik, ziyalıya dəyər, cəmiyyətin ən sıravi üzvündən ali nümayəndəsinə qədər hər kəsə eyni müstəvidən – vətəndaş müstəvisindən baxmaq, xalqın sosial problemlərinə bələd olmaq. Bax, ANS-in əsl siması budur! Tamaşaçı 25 ildir ANS-in efirində bunları görür. Tamaşaçı ANS-də özünü görür və bundan məmnundur.

Sosial problemlər demişkən, "Sən tək deyilsən”, "Axtatıram səni” layihələri də öz fəaliyyətini dayandırdı. Məgər sosial problemləri ekranda göstərmək olmaz? Onda belə bir sual yaranır, ekran kimlər və nə üçündür? ".İlyas Tapdıq əlavə edib ki,

ANS sözün əsl mənasında ciddi işlərlə məşğuldur. Məhz bu səbəbdən "böyük” problemləri kiçik müstəvidə, cılız şəkildə həll etmək isə Azərbaycan xalqının elə milli-mənəvi dəyərlərinə xas olmayan bir xüsusiyyətdir.

"Hesab edirəm ki, hər şeyə qara deyib bağlamaq, dayandırmaqdansa, onun mahiyyətinə varmaq, düşünmək, təmkinlə və səbrlə yollar göstərmək lazımdır. Milli Televiziya və Radio Şurası tənzimləyici qurum kimi verilişləri kor-koranə bağlamamalı, qüsurları aradan qaldırmaq üçün çalışmalıdır” (Veteninfo.Az).

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM