Xaçmazda kütləvi dava - 1 ölü + VİDEO

10:06 | 24.07.2014
Xaçmazda kütləvi dava - 1 ölü + VİDEO

Xaçmazda kütləvi dava - 1 ölü + VİDEO

İyulun 23-də, axşam saatlarında Xaçmaz şəhərində kütləvi dava baş verib.APA xəbər verir ki, nəticədə 1 nəfər bıçaqlanaraq öldürülüb, 2 nəfər yaralanıb.Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir. İnsident zamanı Xaçmaz şəhər sakini, 1990-cı il təvəllüdlü Əhmədov Elşən Elçin oğlu aldığı yaralardan dünyasını dəyişib.Digər bıçaqlanan şəxslər, 1992-ci il təvəllüdlü İsayev Emil Zakir oğlu və 1975-ci il təvəllüdlü Cəbrayılov Eyvaz Eynulla oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılaraq əməliyyat olunublar, vəziyyətləri orta ağır kimi qiymətləndirilir.Hadisəni törədən şəxslər hadisə yerindən qaçıblar. Hazırda cinayətkarların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar aparılır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM