Xamenei: “Amerika, Fransa və Britaniya liderləri cinayətkardır”

14:00 | 14.04.2018
Xamenei: “Amerika, Fransa və Britaniya liderləri cinayətkardır”

Xamenei: “Amerika, Fransa və Britaniya liderləri cinayətkardır”

İranın ali dini rəhbəri ayətullah Əli Xamenei ABŞ, Fransa və Britaniya liderlərini cinayətkar adlandırıb.
 
APA-nın "Tasnim” agentliyinə istinadən yaydığı xəbərə görə, Ə. Xamenei Qərb koalisiyasının Suriya əməliyyatına sərt reaksiya verib. "Suriyaya hücum cinayətdir, Amerika, Fransa prezidentləri və Britaniyanın baş naziri isə canidir”, - deyə o, söyləyib.  
 
Əli Xamenei bildirib ki, Amerika və onun müttəfiqləri bu cinayətlə hər hansı nəticəyə nail ola bilməyəcəklər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb