Bakının Xətai rayonu ərazisində yerləşən və illər əvvəl insanların əsas əyləncə mərkəzlərindən olan "Luna Park” xarabalığa çevrilməkdədir.
Park ilkin olaraq Nobel qardaşlarının şərəfinə "Nobel bağı”, bir müddət sonra isə "Rote fane" (almanca "qırmızı bayraq") adlandırılıb. İkinci Dünya Müharibəsi dövründə parka dahi şair Nizami Gəncəvinin adı verilib, hətta şərəfinə heykəl də ucaldılıb.(hal hazırda həmin heykəl sözügedən parkda yoxdur) Təxminən 2000-ci illərdə park "Luna Park” adlandırılmağa başlayıb. Lakin 7 ildən çoxdur ki, park fəaliyyətini tamamilə dayandırıb, nəticədə ərazi tamamilə baxımsız və xarabalığı xatırladan bir vəziyyət alıb.
Fotoların müəllifi Fərqanə Novruzovadır
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !