Xaricdə təhsil alan gənclərin neçəsi geri dönür? - Təhsil nazirindən açıqlama

16:46 | 12.03.2014
Xaricdə təhsil alan gənclərin neçəsi geri dönür? - Təhsil nazirindən açıqlama

Xaricdə təhsil alan gənclərin neçəsi geri dönür? - Təhsil nazirindən açıqlama

Hər il xaricdə təhsil alan gənclərimizdən 100 nəfərə qədəri geri dönür. Bu açıqlamanı təhsil naziri Mikayıl Cabbarov Bakıda keçirilən İnvestisiya Sammitində çıxışı zamanı deyib. ANN.Az xəbər verir ki, sammitdə çıxışı zamanı təhsil naziri hazırda Azərbaycan təhsil sistemində aparılan islahatlardan danışıb. Bir çox məqamlara toxunan nazir insan kapitalının zənginləşdirilməsi istqamətində atılası lazım olan tədbirlərlə bağlı fikirlərini bölüşüb: "Azərbaycan təhsil sistemində bir sıra yeniliklər aparırıq. Məktəblərin 60 faizdən çoxunda islahatlar aparılır. Düzdür, təhsil sistemində tez bir zamanda böyük nəticələr gözləmək ədalətli olmazdı, lakin biz müxtəlif təcrübələrdən yararlanmağa çalışırıq. Təhsil strategiyamıza əsasən qarşıda duran məqsədlərdən biri insan kapitalını zənginləşdirməkdir. Bunun üçün biz dövlət xətti ilə hər il minlərlə tələbəni xaricə təhsil almağa göndəririk. Onlardan hər il yüzdən çoxu ölkəmizə qayıdır və insan kapitalını formalaşdırır. Bunu daha da inkişaf etdirmək, davamlılığını qorumaq lazımdır".

Cəmilə İbrahimova

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM