Xədicə İsmayılovanın məhkəməsi təxirə salındı

15:45 | 29.10.2015
Xədicə İsmayılovanın məhkəməsi təxirə salındı

Xədicə İsmayılovanın məhkəməsi təxirə salındı

Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılova barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi baş tutmayıb.

APA-nın məlumatına görə, İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, ilkin baxış iclasının qərarını X. İsmayılova alıb: "Qanunvericilikdə nəzərdə tutulub ki, məhkum həmin qərardan bir ay müddətinə kassasiya şikayəti verə bilər. Həmin müddət bitmədiyinə və Xədicə İsmayılova tərəfindən kassasiya şikayəti verilmədiyinə görə proses noyabrın 19-dək təxirə salınır".

Xatırladaq ki, X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7,5 il müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X. İsmayılova apellyasiya şikayəti verib. Şikayətdə onun barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması xahiş olunur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM