• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Xədicə İsmayıl yenidən ifadə verib

Xədicə İsmayıl yenidən ifadə verib
19.02.2014 14:14

Jurnalist Xədicə İsmayıl Baş Prokurorluqda ifadə verib.Bu barədə APA-ya X. İsmayıl özü bildirib. Jurnalist qeyd edib ki, Baş Prokurorluğun Ağır Cinayətlə dair işlər üzrə İstintaq İdarəsinin müstəntiqi Sənan Paşayev tərəfindən bu gün onun ifadəsi alınıb: “Məndən sosial şəbəkələrdə yayılan informasiyanın mənbəyini öyrənmək istədilər. Lakin mən müstəntiqə “Kütləvi İnformasiya Vasitələri” haqqında qanunda əks olunan jurnalistin öz mənbəsini gizli saxlaya bilməsi barədə müddəanı xatırlatdım”.X. İsmayıl sabah saat 17-00 da yenidən Baş Prokurorluğun Ağır Cinayətlə dair işlər üzrə İstintaq idarəsində ifadə verəcəyini qeyd edib.Qeyd edək ki, Xədicə İsmayılovanın şəxsi “Facebook” səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib.Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.Cinayət işi üzrə Xədicə İsmayılova şahid qismində dindirilməsi üçün istintaqa dəvət edilib.ANN.Az 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentlər Şahbulaq qalasında olublar
Siyasət 22:44
Prezidentlər Şahbulaq qalasında olublar
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib
Siyasət 20:12
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib
Siyasət 18:13
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib
Mübariz Mənsimov Rusiyadakı zorakılıqlarla bağlı Azərbaycana dəstək verdi
Siyasət 17:18
Mübariz Mənsimov Rusiyadakı zorakılıqlarla bağlı Azərbaycana dəstək verdi
Emi Karlon gələn həftə Bakıya gələcək
Siyasət 17:15
Emi Karlon gələn həftə Bakıya gələcək
ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Siyasət 17:12
ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Prezident bir sıra açılışlarda iştirak edib - Yenilənib
Siyasət 14:54
Prezident bir sıra açılışlarda iştirak edib - Yenilənib
Səfir Azərbaycana dəstəyini ifadə edib
Siyasət 14:21
Səfir Azərbaycana dəstəyini ifadə edib
Prezident Xankəndində qəbul keçirib
Siyasət 14:12
Prezident Xankəndində qəbul keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol