Xədicə İsmayılova sabah yenidən Baş Prokurorluğa gedəcək

23:37 | 18.02.2014
Xədicə İsmayılova sabah yenidən Baş Prokurorluğa gedəcək

Xədicə İsmayılova sabah yenidən Baş Prokurorluğa gedəcək

Fevralın 18-də axşam saatlarında jurnalist Xədicə İsmayıl Baş Prokurorluğun Ağır cinayətlər üzrə istintaq İdarəsində ifadə verib. "Bizimyol.info" xəbər verir ki, Xədicə İsmayıl sabah saat 11.00-da yenidən İstintaq İdarəsinə gedəcək.Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi “Facebook” səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib. Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb. 

Cinayət işi üzrə Xədicə İsmayılova şahid qismində dindirilməsi üçün istintaqa dəvət edilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM