Xəstəxanadan Arif Yunusun səhhətilə bağlı ilk AÇIQLAMA - YENİLƏNİB

10:44 | 29.04.2014
Xəstəxanadan Arif Yunusun səhhətilə bağlı ilk AÇIQLAMA - YENİLƏNİB

Xəstəxanadan Arif Yunusun səhhətilə bağlı ilk AÇIQLAMA - YENİLƏNİB

Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilən tanınmış hüquq müdafiəçisi Leyla Yunusun həyat yoldaşı, tarixçi alim Arif Yunusun səhhəti normallaşıb. Bu barədə AzNews.az-a KTM-in reanimasiya şöbəsindən məlumat verilib.Şöbənin növbətçi həkimi bildirib ki, A. Yunus xəstəxanaya hipertoniya diaqnozu ilə yerləşdirilib: “Onun təzyiqinin qalxması səhhətində problem yaradıb. Yaxın saatlarda Arif Yunusun səhhəti ilə bağlı konsilium aparılacaq. Həkimlərin rəyindən sonra evə buraxılıb-buraxılmayacağı bəlli olacaq”.Xatırladaq ki, tanınmış hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə aprelin 28-də saat 23.30 radələrində Heydər Əliyev Hava Limanından Qətərin Doha şəhərinə gedərkən saxlanılıb. Sərhədi keçərkən onlara ölkəni tərk etmələrinin qadağan olduğunu bildiriblər.Saat 04.00 radələrində isə Arif Yunusun evində halı pisləşib və o, təcili yardımla xəstəxanaya aparılıb. Leyla Yunus isə hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ifadəsi alınır. ANN.Az

***

10:42

Tanınmış hüquq müdafiəçisi Leyla Yunus Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.Bu barədə AzNews.az-a hüquq müdafiəçisi Samir Kazımlı məlumat verib. O deyib ki, bir neçə dəqiqə əvvəl L. Yunus vəkili Xalid Bağırovla birgə idarəyə daxil olublar: “Leyla Yunusun burada ifadəsi alınacaq. Hələ ki, idarədə baş verən proses haqda məlumatsızıq. Ona ittiham irəli sürülüb-sürülməyəcəyi haqda əvvəlcədən nə isə demək tezdir”.S. Kazımlı qeyd edib ki, L. Yunusun həyat yoldaşı, tarixçi-alim Arif Yunusun isə səhhəti pisləşdiyindən təcili yardımla xəstəxanaya aparılıb: “Gecə saatlarında axtarış aparmaq üçün Leyla Yunusun mənzilinə gələn polis və prokurorluq əməkdaşları ilə digər tərəf arasında mübahisə yaranıb. Leyla Yunus polis əməkdaşlarının çox olmasını əsas gətirərək, axtarışa razılıq verməyib. O deyib ki, hər iki tərəfdən 5 nəfər təyin olunsun və bundan sonra axtarışa başlanılsın. Mübahisə səhər saatlarına qədər davam edib. Saat 04.00 radələrində isə Arif Yunusun halı pisləşib və o, təcili yardımla xəstəxanaya aparılıb. İlkin məlumata görə, Arif Yunus Kliniki Tibbi Mərkəzə aparılıb. Vəziyyəti haqda müfəssəl məlumat yoxdur”.Xatırladaq ki, tanınmış hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə aprelin 28-də saat 23.30 radələrində Heydər Əliyev Hava Limanından Qətərin Doha şəhərinə gedərkən saxlanılıb. Sərhədi keçərkən onlara ölkəni tərk etmələrinin qadağan olduğunu bildiriblər. Amma Leyla və Arif Yunusu müşayiət edən Qərb diplomatları – Fransa səfiri və Amerika səfirinin müavini prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədovla danışdıqdan sonra, onları sərhəddən buraxıblar. Daha sonra Leyla Yunus və əri təyyarəyə minərkən yenidən saxlnılıb. ANN.Az

***

10:00

Hüquq müdafiəçisi Leyla Yunusla həyat yoldaşı Arif Yunus saxlanılıblar.

 Bu barədə APA-ya vəkil Fuad Ağayev məlumat verib.Vəkilin sözlərinə görə, Leyla Yunusla həyat yoldaşı Bakı aeroportunda saxlanılıblar.  Onların Bakı-Doha aviareysini həyata keçirən təyyarəyə minərkən saxlanıldıqları bildirilir. Yunus ailəsinə evlərində və ofislərində axtarış aparılacağı bildirilib. Onlar isə həyata keçiriləcək bütün tədbirlərin vəkil vasitəsilə aparılmasını tələb ediblər.  Məlumata görə, saxlanılan şəxslər vəkil olaraq Xalid Bağırovu tələb ediblər. X. Bağırov APA-ya açıqlamasında faktı təsdiqləyib. O deyib ki, bir qədər əvvəl hava limanında olsa da, ona heç bir məlumat verilməyib və saxlanılan şəxslərlə görüşməsi mümkün olmayıb: “Amma onlar indi də hava limanındadırlar.  Hazırda hüquq-mühafizə orqanları onların yüklərində axtarış aparır. Bundan sonra isə evlərində və ofislərində axtarış aparılacağı gözlənilir”. Qeyd edək ki, vəkil Fuad Ağayev bir müddət öncə Türkiyədən Bakıya gələrkən saxlanılmış Rauf Mirqədriovun vəkilidir. R. Mirqədirov  Ermənistan xüsusi xidmət orqanları ilə əlaqədə ittiham olunur. Onunla bağlı cinayət işində adı keçən şəxslərdən biri də Leyla Yunusdur. Leyla Yunus “Amerikanın Səsi”nə bildirib ki, onlarla bağlı yoxlanış aparılıb: “Bizim çamadanlarımızı, sumkalarımızı yoxladılar, sənədlərimizi və kompüterimizi götürüblər. İndi evimizdə və ofisimizdə axtarış aparacaqlar”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti