Xeyli sayda dərman preparatı dövriyyədən çıxarıldı

11:49 | 07.12.2013
Xeyli sayda dərman preparatı dövriyyədən çıxarıldı

Xeyli sayda dərman preparatı dövriyyədən çıxarıldı

Azərbaycan gömrükçüləri Azərbaycana qanunsuz yolla gətirilmiş xeyli sayda dərman preparatlarını dövriyyədən çıxarıb. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Daxil olmuş məlumat əsasında Aksiz Gömrük İdarəsinin və DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat idarəsinin əməkdaşları birgə əməliyyat keçirib. Əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, “Azadlıq” Metro Stansiyası yaxınlığında Azərbaycan vətəndaşı 1959-cu il təvəllüdlü, Masallı rayonu, Boradigah qəsəbə sakini Musayev Malik Mirzə oğlundan ölkə ərazisinə qanunsuz yolla gətirilmiş 2 ədəd karton yeşikdə hər birində 10 kapsula olmaqla 4480 konvalyut (ümumi sayı 44800 kapsula) dərman preparatları aşkar edilərək götürülüb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM