“Xəzər Dəniz Gəmiçiliyində” yoxlama

15:50 | 28.09.2015
“Xəzər Dəniz Gəmiçiliyində” yoxlama

“Xəzər Dəniz Gəmiçiliyində” yoxlama

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də İSO beynəlxalq idarəetmə standartlarının tətbiqi və uyğunluq sertifikatlarının alınması istiqamətində əməli addımlar atılmaqdadır. 

Bu barədə QSC-dən Oxu.Az-a bildirilib. 

"İSO9001-2008 (Keyfiyyətin idarə edilməsi), İSO 14001-2004 (Ekoloji menecment), İSO 50001-2011 (Enerji səmərəliliyi menecmenti) və OHSAS18001-2007 (Peşə təhlükəsizliyi və əməyin mühafizəsinin idarə edilməsi) beynəlxalq idarəetmə standartlarının, həmçinin "Dənizçilik Sahəsində Əməyə dair” 2006-cı il tarixli konvensiyanın tələbləri nəzərə alınmaqla, Gəmiçilik üçün keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və enerji səmərəliliyi sahələrinə dair İnteqrasiya olunmuş İdarəetmə Sistemi (İİS) işlənərək gəmilərdə tətbiq olunub.

İnteqrasiya olunmuş İdarəetmə Sisteminin beynəlxalq idarəetmə standartlarına uyğunluğunu təsdiqləyən sertifikatların alınması məqsədilə Gəmiçilikdə xarici auditin keçirilməsi  üçün müvafiq  səlahiyyətli beynəlxalq quruma - Amerika Gəmiçilik Bürosuna müraciət edilib” - deyə, qurumdan bildirilib.

Qurumdan bildiriblər ki, yoxlama sentyabrın 28-dən oktyabrın 2-dək aparılacaq:

"Bu təsnifat cəmiyyəti tərəfindən sentyabrın 28-dən oktyabrın 2-dək Gəmiçiliyin aidiyyəti departamentlərində, habelə 3 tip  gəmidə sertifikatlaşma üzrə xarici audit aparılacaq.

Audit zamanı struktur bölmələrdə və gəmilərdə işin təşkili və sənədləşmənin beynəlxalq idarəetmə standartlarının tələblərinə uyğunluq səviyyəsinə baxış keçiriləcək, müşahidələr aidiyyəti xidmətlərlə araşdırılaraq təhlil ediləcək, Gəmiçiliyin rəhbərliyi auditin nəticələri barədə məlumatlandırılacaq”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM