Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb

13:17 | 20.09.2024
Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb

Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb

Xəzər dənizinin Bakı şəhəri, Xaçmaz və Siyəzən rayonları akvatoriyasında balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb. Bu barədə  Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı həmin şəxslərin Bakı şəhər sakinləri Səxavət və Fizuli Məlikovlar, Şabran rayon sakinləri Mirqurban Musayev, Alim Qəhrəmanov, Xaçmaz rayon sakini Pərviz Məmmədov və Siyəzən rayon sakini Murad Paşayev olduğu müəyyən edilib.

Faktlarla bağlı qanun pozucuları barəsində "İnzibati xəta haqqında Protokol” tərtib olunub və qanunamüvafiq tədbir görülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür