Xəzərdə kollektiv təhlükəsizlik sistemi yaradılır

22:56 | 03.07.2015
Xəzərdə kollektiv təhlükəsizlik sistemi yaradılır

Xəzərdə kollektiv təhlükəsizlik sistemi yaradılır

Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin komandanları məsləhətləşmələrin birinci raundunun oktyabrda Rusiyada keçirilməsinə dair razılığa gəliblər

Rusiya  Hərbi Dəniz Qüvvələrinin (HDQ) baş komandanı Viktor Çirkov Azərbaycan, İran və Qazaxıstan  HDQ komandanları ilə Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin yaradılması ilə bağlı oktyabrda Rusiyada məsləhətləşmələrin aparılmasına dair razılığa gəlib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
Məlumata görə,  Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin yaradılması məsələsi Sankt Peterburq Beynəlxalq Hərbi-Dəniz Salonu çərçivəsində admiral Çirkovun Azərbaycan, İran və Qazaxıstanın nümayəndə heyətləri ilə keçirdiyi işgüzar görüşü zamanı müzakirə olunub.  
 
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı tərəflər məşvərətçi orqan olacaq  Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin Komandanları Komitəsinin təsis olunmasının və Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Sazişin  imzalanmasının mümkünlüyünü müzakirə ediblər.    
 
"Rusiya  Hərbi Dəniz Qüvvələrinin baş komandanı Viktor Çirkov ilə görüş zamanı nümayəndə heyətləri qeyd olunan istiqamətlər üzrə bundan sonra da birgə işləməyə hazır olduqlarını bildiriblər və oktyabrda Rusiyada müvafiq məsləhətləşmələrin birinci raundunun keçirilməsinə dair razılığa gəliblər”, deyə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd olunub. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM