“Xəzər”dən şəhidlərimizə hörmətsizliklə bağlı biabırçı açıqlama

14:43 | 01.08.2014
“Xəzər”dən şəhidlərimizə hörmətsizliklə bağlı biabırçı açıqlama

“Xəzər”dən şəhidlərimizə hörmətsizliklə bağlı biabırçı açıqlama

“Şəhidlərimizlə bağlı rəsmi açıqlama verilib?” 
Məlum olduğu 9 əsgərimizin şəhid olduğu bir gündə telekanallarımızın hər birində çal-çağırdı, əyləncəli verilişlər, musiqili proqramlar yayımlanır.
Bu baxımdan “öndə gedən” “Xəzər” televiziyasının mövqeyini öyrənməyə çalışdıq. 
Telekanalın sözçüsü Aqşin Kamal AzNews.az-a açıqlamasında musiqili verilişlərinin proqramdan çıxarılmamasını Müdafiə Nazirliyinin məsələ ilə bağlı rəsmi açıqlama verməməsilə əlaqələndirib. Onun sualımıza verdiyi cavabı olduğu kimi diqqətinizə çatdırırıq: “Bu barədə rəsmi açıqlama verilib? Nə vaxt verilib rəsmi açıqlama? Mən indi işdə deyiləm. Dəqiq məlumatım yoxdur. Öyrənib sizinlə əlaqə saxlayaram”. 
Qeyd edək ki, ordumuz ötən gecə şəhid versə də, telekanallarda, o cümlədən “Xəzər”də şou və əyləncə xarakterli verilişlərin yayımı davam etidirilir.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM