XİN-dən ABŞ Dövlət Departamentinin hesabatına münasibət

15:53 | 03.03.2014
XİN-dən ABŞ Dövlət Departamentinin hesabatına münasibət

XİN-dən ABŞ Dövlət Departamentinin hesabatına münasibət

“İstər insan hüquqları, istərsə də iqtisadi məsələlərlə bağlı fikir yürüdərkən mövcud reallıqları nəzərə almaq lazımdır”.APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ABŞ Dövlət Departamentinin bir sıra dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair ənənəvi illik hesabatında yer alan Azərbaycana dair fikirləri şərh edərkən bildirib. Onun sözlərinə görə, hər bir məsələyə zaman çərçivəsində yaxınlaşmaq və mövcud vəziyyəti ondan əvvəlki vəziyyətlə müqayisədə dəyərləndirmək lazımdır: “Beləliklə, inkişafı dəyərləndirmək lazımdır”. A.Əzimov deyib ki, istənilən halda hər bir cəmiyyətin öz xüsusiyyətləri var və bunu da nəzərə almaq lazımdır: “Digər tərəfdən, nəyisə təbliğ və ya tədris edən bir tərəf, yaxud şəxs əvvəlcə özü buna uyğun olmalıdır. Belə yaxınlaşsaq, bu cür hesabatları, ümumiyyətlə, lazımsız hesab edərdim. Amma bilirəm ki, artıq bu cür məruzələr ABŞ və Qərb ölkələri haqqında başqa dövlətlər tərəfindən hazırlanır və olduqca əsaslanmış hesab oluna bilər. Burada məruzələri hazırlayan mənbələri də nəzərə almaq lazımdır və heç bir vəchlə deməzdim ki, mənbələr hər bir zaman obyektiv hesab oluna bilər, bunu özünüz bilirsiniz. İnsan hüquqları ilə bağlı vəziyyətə hökumətin göstərdiyi qayğıdan tutmuş real vəziyyətdə olan inkişaflara qədər bu məsafədə olan boşluqları nəzərdən keçirmək və boşluqlar varsa, onları aradan qaldırmaq üçün yolları göstərmək lazımdır. Bu məsələlərlə Azərbaycanda həm hökumət, həm də qeyri-hökumət təşkilatları məşğuldur. Hökumətin QHT-lərlə əməkdaşlıq etməsi üçün kifayət qədər mexanizmlər var”. A.Əzimov sözügedən hesabatla bağlı məsələləri şişirtməyin tərəfdarı olmadığını vurğulayıb: “Bir növ bu sistem dünyada bizdən əvvəl yaradılıb. Nədənsə deməyəcəm, çünki səbəblər mənə aydındır. Amma məlum səbəblərə görə ABŞ-ın məqamları - istər Konqres, istər Ağ Ev, istərsə də Dövlət Departamenti beynəlxalq səviyyədə təsir edən mənbəyə çevriliblər. Buna düzgün münasibət bəsləmək lazımdır, yəni şişirtmək lazım deyil. Çünki onu şişirdən tərəf əslində bu cür fəaliyyətin davam etdirilməsinə hansısa süni təkan verir, əhəmiyyət vermiş olur”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM