XİN-dən Suriyada döyüşən azərbaycanılarla bağlı açıqlama

17:45 | 24.01.2014
XİN-dən Suriyada döyüşən azərbaycanılarla bağlı açıqlama

XİN-dən Suriyada döyüşən azərbaycanılarla bağlı açıqlama

“Azərbaycan vətəndaşlarının Suriyadakı döyüşlərdə iştirakı sübut olunarsa, qanun çərçivəsində lazımi addımlar atılacaq”.Bu sözləri APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. Suriyadakı döyüşlərdə Azərbaycan vətəndaşlarının həlak olması barədə saytlarda gedən informasiyaları şərh edən E. Abdullayev bildirib ki, Azərbaycan tərəfi bu məsələni diplomatik kanallarla araşdırmağa davam edir: “Suriyada vəziyyət hazırda gərgin olaraq qalır. Azərbaycanın Suriyadakı səfirliyi bununla əlaqədar fəaliyyətini dayandırıb. Səfirlik Livanın paytaxtı Beyruta köçürülüb və orada çalışır. Buna baxmayaraq, biz Suriyada baş verənləri diqqətlə izləyirik”.   E. Abdulayevin fikrincə, əvvəlcə öldürülən şəxslərin Azərbaycan vətəndaşı olub-olmadığını müəyyənləşdirmək lazımdır, lakin Suriyada yaranmış vəziyyətə nəzərə alınarsa, bu çətindir: “Azərbaycan vətəndaşlarının Suriyadakı döyüşlərdə iştirakı müəyyənləşərsə, qanun çərçivəsində lazımi tədbirlər görüləcək”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM