Xocalı soyqırımının Türkiyədə dərsliklərə salınması müzakirə edildi

14:07 | 27.02.2014
Xocalı soyqırımının Türkiyədə dərsliklərə salınması müzakirə edildi

Xocalı soyqırımının Türkiyədə dərsliklərə salınması müzakirə edildi

 Türkiyənin milli təhsil naziri Nəbi Avcı Azərbaycanın təhsil naziri Mikayıl Cabbarova zəng edərək, Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı başsağlığı verib.Təhsil Nazirliyindən verilən xəbərə görə, Türkiyənin milli təhsil naziri insanlığa qarşı ən böyük cinayətlərdən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsinin qardaş ölkədə də ehtiramla anıldığını bildirib. Söhbət zamanı Xocalı soyqırımının gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb, bu faciə haqqında məlumatların Türkiyənin ümumtəhsil məktəblərində tədris edilən dərsliklərdə də əksini tapmasının əhəmiyyəti qeyd olunub. Bu mövzunun tədrisi məsələsinin xüsusi yanaşma tələb etdiyini nəzərə alaraq, müvafiq mütəxəssislərin əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM