Xırdalanda yürüş keçirilir

15:43 | 07.11.2014
Xırdalanda yürüş keçirilir

Xırdalanda yürüş keçirilir

Xırdalan şəhərində bayraq yürüşü keçirilir. Bayraq Günü münasibəti ilə gənclər şəhərin mərkəzində əldə bayraqlarla bu təqvimi qeyd edirlər. Axar.az-ın məlumatına görə, yürüşdə tələbələr, məktəblilər iştirak edirlər. Qeyd edək ki, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikamızın dövlət bayrağı elan edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM