Xırdalandakı dəhşətli partlayışda bir nəfər öldü

11:17 | 08.09.2014
Xırdalandakı dəhşətli partlayışda bir nəfər öldü

Xırdalandakı dəhşətli partlayışda bir nəfər öldü

Axar.az-ın əməkdaşının verdiyi xəbərə görə, dağıntılar altında Məharət Abbasovun özüylə bərabər, həyat yoldaşı, qızı və oğlunun qaldığı bildirilir. Hazırda xilasedicilər Məharətin həyat yoldaşı Könül Abbasova və onun qızını dağıntılar altından çıxarırlar. Digər xilasetmə əməliyyatları davam edir.Bu dəqiqələrdə Abşeron Rayon Polis İdarəsinin rəisi hadisə yerinə gəlib.Qəza yerinə texnika cəlb edilib.Əməkdaşımızın verdiyi məlumata görə, uçqunlar altından çıxarılanlardan biri dünyasını dəyişib. Ərazidə olanlar hadisə nəticəsində daha bir neçə nəfərin öldüyü gümanındadırlar.Rayon rəhbərliyinin hadisə yerinə gəldiyi bildirilir.  İlkin ehtimala görə, partlayış ikinci mərtəbədə, hamam otağında baş verib. İkinci mərtəbədə yaşayan Vidadi yanıq xəsarətləri ilə hazırda xəstəxanadadır. Onun həyat yoldaşının isə öldüyü qeyd olunur.Hazırda uçqun altından Məharət Abbasov və Kifayət adlı sakindən başqa, hamının çıxarıldığı barədə əməkdaşımız məlumat verir. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM