Xüsusi istedadlı uşaqların birinci sinfə qəbulu başladı

21:45 | 22.07.2014
Xüsusi istedadlı uşaqların birinci sinfə qəbulu başladı

Xüsusi istedadlı uşaqların birinci sinfə qəbulu başladı

Bakı Şəhər üzrə Təhsil İdarəsinin tabeçiliyində olan məktəblərə xüsusi istedadlı uşaqların qəbulu ilə bağlı elektron ərizə qəbulu başlanıb. 
Modern.az-ın məlumatına görə, təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən məktəblərə elektron ərizə qəbulu avqustun 20-dək aparılacaq. Elektron ərizə qəbulu üçün vətəndaşlar bu linkdən (http://www.bakuedu.az/bono/) istifadə etməklə öz uşaqlarını qeydiyyatdan keçirə bilərlər. Qeydiyyat zamanı vətəndaşlar elektron ərizə ilə yanaşı uşağın doğum haqqında şəhadətnaməsinin surətini və 3x4 sm ölçüdə 1 ədəd fotoşəklini də əlavə etməlidirlər. 
Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir. 
ANN.AZ
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM