Yagland: "Türkiyə qanuna uyğun hərəkət etməlidir"

16:07 | 04.08.2016
Yagland:

Yagland: "Türkiyə qanuna uyğun hərəkət etməlidir"

«Biz Türkiyədəki çevrilişə cəhdi qınayırıq. Ancaq Türkiyə də hüququn aliliyi prinsipinə və Avropa İnsan Haqları Konvensiyasına uyğun hərəkət etməlidir».

Bunu Türkiyədə səfərdə olan Avropa Şurası prezidenti Thorbjorn Jagland deyib.

T.Jagland 1980-ci il çevrilişindən sonra Türkiyənin Avropa Şurası üzvlüyündən çıxarıldığını xatırladıb. Deyib ki, çevriliş baş tutsaydı, yenə belə olacaqdı: «Çevriliş edənlərin və çevrilişi dəstəkləyənlərin hakimiyyəti ələ aldığı ölkənin Avropa Şurasına üzv olmaq şansı yoxdur».

T.Jagland Gülen camaatı üçün «gizli şəbəkə» ifadəsini işlədib: «Əlbəttə, bu çevrilişin arxasındakılar və dövlət qurumlarına, orduya, hüquq-mühafizə orqanları arasına girmiş bu gizli şəbəkə ilə mübarizə aparmaq lazımdır». (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti