Yalançıların ən çox diqqətə çarpan 10 XÜSUSİYYƏTİ

18:45 | 09.10.2014
Yalançıların ən çox diqqətə çarpan 10 XÜSUSİYYƏTİ

Yalançıların ən çox diqqətə çarpan 10 XÜSUSİYYƏTİ

Bəli, bəlkə onun yalançı olduğunu ilk baxışda anlaya bilməzsən. Amma bəzi davranışlar var ki, qarşındakının çox mahir yalançı olduğu dərhal bilinir. ANN.Az həmin xüsusiyyətləri təqdim edir:

1. Davranışları manipulyativdir (istiqamətləndirmə qabiliyyətinə sahibdirlər-red.). Makkiavelliçilər (hədəfə çatmaq üçün əxlaqa zidd hər cür vasitəni müsbət qarşılayanlar - red.) praqmatik yalançılar olub, heç bir şeydən qorxmazlar və narahatlıq duymazlar. Belələri daim hiylə qurar, planlarını çox ustalıqla həyata keçirərlər. Psixoloqlar onlar haqda belə deyir: "Danışarkən sizi təsir altına salmağa çalışırlar. Ancaq bunu edərkən son dərəcə rahatdırlar və özlərinə tam inamlıdırlar".2. Yaxşı aktyorlar yaxşı yalan söyləyərlər; tamaşaçıların yalanlarına uyduğunu görüncə özlərinə inamları artar və həyatda da rol oynamağa başlayarlar.3. Yalançıların ifadə qabiliyyətləri çox inkişaf edir. Ətrafdakılarda yaxşı təəssürat buraxarlar. Beləcə, diqqətləri fərqli istiqamətə çəkərək insanların düşüncələrinə təcavüz edərlər.4. Fiziki olaraq cazibədardırlar. Haqlı və ya haqsız, gözəl və yaraşıqlı insanların çirkin və itələyici tiplərdən daha dürüst olduğuna inandırarlar.5. Təbii performans nümayiş etdirməyi bacararlar. Yalançılar ani dəyişikliklərə çox asan uyğunlaşa bilir və bunu edərkən də ətrafdakıları asanlıqla aldada bilirlər.6. Yalan mövzusunda təsiredicidirlər. Daha əvvəl yalan söyləməyə vərdiş edən insanlar qorxu və günahkarlıq kimi duyğularını ört-basdır etməkdə ustadırlar. Halbuki, yalan danışmaqda təcrübəsiz birisi bu duyğuları davranışlarında əks etdirərək özünü daha tez ələ verir.7. Özünə inamları tamdır. Hər şeydə olduğu kimi özlərinə çox etibar etdiklərinə görə mübarizə zamanı qələbəni yarı- yarıya qazanmış sayıla bilirlər. 8. Romantik görünüş yaratmaqda ustadırlar. Yalançılar gerçək duyğularını maskalamaqda və bunların tam tərsi bir təəssürat oyandırmaqda çox peşəkardırlar.9. Yaxşı natiqdirlər. Təsirli danışma qabiliyyətinə sahib olan yalançılar sözlərlə oynayaraq dinləyicilərin başını qatırlar. Suallara verdikləri cavablarıda o qədər müxtəlif fikirlər söyləyər və dinləyicinin başını qata bilər ki, dinləyici nə soruşulduğunu belə xatırlaya bilməz.10. Hazırlıqlıdırlar. Hər suala hazır bir cavabları olduğu üçün tərəddüdə yer buraxmazlar. İnsanlar daima onların cavablarının doğru olduğuna inanarlar.

Hazırladı Nuray

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM