YAMAHA Motor-un rəhbəri bıçaqlanıb

16:14 | 20.09.2024
YAMAHA Motor-un rəhbəri bıçaqlanıb

YAMAHA Motor-un rəhbəri bıçaqlanıb

Yamaha Motors-un prezidenti Yoşihiro Xidaki bıçaqlanıb. Onun 33 yaşlı qızı tərəfindən bıçaqlandığı ehtimal edilir. Bu barədə "The Asahi Shimbun” nəşri məlumat yayıb. Jurnalistlərin sözlərinə görə, səhər saat üç radələrində qız polisə zəng edərək atasının onu döydüyünü bildirib.


Hadisə yerinə gələn polis Xidakini bıçaq xəsarəti ilə aşkar edib. O, polisə yatarkən ona hücum etdiklərini deyib. Xidakinin qızı adam öldürməyə cəhddə şübhəli bilinərək həbs edilib. Ata ilə qız arasında münaqişənin səbəbi hələlik məlum deyil.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM