Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslər dairə seçki komissiyaları tərəfindən qeydə alınıb. Bu barədə YAP məlumat yayıb.
Bildirilib ki, partiyanın 125 seçki dairəsi üzrə təqdim etdiyi bütün namizədlərə artıq qeydiyyat vəsiqəsi verilib.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı iyul ayının 17-də ictimaiyyətə açıqlanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !