YAP-ın parlament seçkiləri ilə bağlı iclası keçirilib - Yenilənib

11:54 | 03.07.2024
YAP-ın parlament seçkiləri ilə bağlı iclası keçirilib - Yenilənib

YAP-ın parlament seçkiləri ilə bağlı iclası keçirilib - Yenilənib

Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkiləri ilə əlaqədar səlahiyyətli nümayəndələrini və maliyyə məsələləri üzrə nümayəndələrini bugün keçirilən iclasda təyin edib. 
 

11:18
Yeni Azərbaycan Partiyasının İdarə Heyəti növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçirilir. 
 
İclasın gündəliyinə bir necə məsələ daxil edilib. 
 
İki gün öncə Yeni Azərbaycan Partiyasının sədri Tahir Budaqov deyib ki, yaxın günlərdə Yeni Azərbaycan Partiyası deputatlığa namizədlərinin siyahısını təqdim edəcək. 
 
Azərbaycanda növbədənkənar parlament seçkiləri Prezidentin sərəncamı ilə sentyabrın 1-nə təyin edilib. 
 
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
 
Bundan əvvəl Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib. 
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb