Yaponiyada qalmaqallar fonunda daha bir nazir istefa verəcək

16:04 | 20.11.2022
Yaponiyada qalmaqallar fonunda daha bir nazir istefa verəcək

Yaponiyada qalmaqallar fonunda daha bir nazir istefa verəcək

Yaponiyanın inzibati işlər və kommunikasiyalar naziri Minoru Terada hökumətlə çoxsaylı qalmaqallara görə istefa ərizəsini Baş nazir Fumio Kişidaya təqdim edəcək.

Bu barədə "Kyodo" agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Terada son bir ayda nazir postunu itirən sayca üçüncü məmur olacaq. Onun maliyyə hesabatlarında pozuntuların olduğu ehtimal edilir. Bununla yanaşı, təxminən üç il ardıcıl Teradanın sənədlərində vəfat etmiş şəxs baş mühasib kimi qeyd edilib.

Oktyabrın 24-də hökumətin əsas üzvlərindən biri, Yaponiyanın iqtisadi yenidənqurma naziri Daisiro Yamaqiva istefaya getməyə məcbur olub. Noyabrın 11-də isə ədliyyə naziri Yasuhiro Hanaşi qalmaqal səbəbindən vəzifəsindən gedib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM